Digər

İran parlamenti Hörmüzlə bağlı qanun layihəsini təsdiqlədi

09 Aug 2026, 19:05 12 baxış
İran parlamenti Hörmüzlə bağlı qanun layihəsini təsdiqlədi

İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqləyib.


Axar.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasının məlumatında deyilir.


"Parlamentin Milli Təhlükəsizlik Komitəsi "Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün strateji tədbirlər haqqında" qanun layihəsini təsdiqləyib", - deyə bildirilib.


Qeyd edək ki, 7 avqustda İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsinin nəzərdən keçirildiyini açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər