Kriminal
Kürdə gənc qız batdı
Kür çayında gənc qız batıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə çayın Samux rayonundan keçən hissəsində qeydə alınıb. Gəncə şəhəri, Məhsəti qəsəbə sakini, yaxşı təxminən 16-17 olan qız (şəxsiyyəti dəqiqləşdirilir) çayın Yenikənd ərazisindən keçən hissəsində batıb. Hazırda Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən gənc qızın axtarışları davam edir. Fakta bağlı araşdırma aparılır.
Mənbə
oxu.az