Dünya

Dunay çayı dayazlaşır: Bolqarıstanda gəmiçilik iflic oldu

09 Aug 2026, 02:16 1 baxış
Dunay çayı dayazlaşır: Bolqarıstanda gəmiçilik iflic oldu
Bolqarıstan ərazisində Dunay çayında suyun səviyyəsi növbəti dəfə tarixi minimumu yeniləyib və çayda gəmiçilik faktiki olaraq iflic olub. Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, yalnız ayrı-ayrı gəmilər reysə çıxır və saya oturmamaq üçün yüklərini adi həcmdən iki dəfə az götürürlər. Bolqarıstanla Rumıniya arasındakı bərə əlaqəsi Nikopol şəhəri ərazisində davam etsə də, lakin burada da ciddi məhdudiyyətlər tətbiq olunub. Vidindən Silistraya qədər çayın bütün uzunluğu boyunca onlarla yeni dayaz ərazi və ada yaranıb. Belene ərazisində çayı bəzi yerlərdə piyada keçmək mümkündür. Suyun temperaturu isə 29 dərəcəyə yüksəlib. Dunayın tədqiqi üzrə agentliyin məlumatına görə, son sutkada suyun səviyyəsi daha beş santimetr azalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər