Dünya
Avropanın sərhədində BÖYÜK TƏHLÜKƏ - Miqrant axınının səbəbi nədir?
Qeyri-qanuni miqrasiya axını Avropa İttifaqının (Aİ) son illərdə üzləşdiyi ən mürəkkəb problemlərdən biridir. Bu prosesdən ən çox zərər çəkən ölkələrdən biri də İspaniyadır. Seutadakı vəziyyət (İspaniyanın Mərakeşlə sərhədində yerləşən Şimali Afrika anklavı) Aİ tarixində ən ağır miqrasiya böhranlarından birinə çevrilib. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Miqrantlar üçün ən yaxın yol Coğrafi mövqeyinə görə Avropa ilə Afrika arasında əsas keçid nöqtələrindən biri hesab edilən İspaniya son dövrlərdə, xüsusilə Qərbi Afrika marşrutu üzrə rekord sayda miqrant qəbul etmək məcburiyyətində qalıb. Atlantik okeanı vasitəsilə Kanar adalarına, eləcə də Aralıq dənizi üzərindən materikə yönələn miqrasiya axınları ölkənin sosial, iqtisadi və təhlükəsizlik sistemləri üçün ciddi çağırışlar yaradıb. İspaniyada miqrasiya problemi artıq yalnız humanitar məsələ kimi deyil, həm də daxili siyasətin, Aİ-nin sərhəd təhlükəsizliyinin və beynəlxalq münasibətlərin mühüm gündəm mövzularından biri kimi qiymətləndirilir. Seutaya gəldikdə, bölgə Şimali Afrikada yerləşsə də, İspaniyanın suveren ərazisi hesab olunan şəhərdir. Mərakeş ərazisi ilə əhatə olunan bu kiçik anklav Aİ-nin Afrikadakı yeganə quru sərhədlərindən biri kimi xüsusi geosiyasi əhəmiyyət daşıyır. Məhz bu mövqeyi Seutanı uzun illərdir qeyri-qanuni miqrasiya marşrutlarının əsas istiqamətlərindən birinə çevirib. Daha yaxşı həyat axtaran minlərlə insan üçün Seuta Avropa qitəsinə daxil olmağın ən yaxın yollarından biri hesab edilir. Bu səbəbdən şəhər həm humanitar böhranların, həm də sərhəd təhlükəsizliyi ilə bağlı müzakirələrin mərkəzində dayanır.
Miqrasiya axınlarının əsas səbəbləri Seutaya yönələn miqrasiya axınının arxasında bir sıra mürəkkəb amillər dayanır. Afrika ölkələrinin bir hissəsində davam edən silahlı münaqişələr, siyasi qeyri-sabitlik, yoxsulluq, işsizlik, iqlim dəyişikliklərinin yaratdığı problemlər və sosial təminatın zəifliyi insanları Avropaya üz tutmağa vadar edir. Bir çox miqrant üçün Seuta sadəcə keçid məntəqəsidir. Onların əsas məqsədi İspaniyanın materik hissəsinə, daha sonra isə Fransa, Almaniya, Niderland və digər Avropa ölkələrinə çatmaqdır. Son illərdə Seutada qeyri-qanuni keçid cəhdlərinin artması İspaniya hakimiyyətini sərhəd nəzarətini daha da gücləndirməyə məcbur edib. Sərhəd boyunca yüksək hasarlar, müşahidə sistemləri və əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib. Bununla yanaşı, miqrantların böyük hissəsi ağır şəraitdə yaşayır. Müvəqqəti qəbul mərkəzlərinin imkanları çox vaxt kifayət etmir, nəticədə sosial gərginlik və humanitar problemlər yaranır. Beynəlxalq humanitar təşkilatlar miqrantların hüquqlarının qorunmasının vacibliyini vurğulayaraq qəbul şəraitinin yaxşılaşdırılmasına çağırış edirlər.
İspaniya-Mərakeş münasibətlərinə təsiri Seutadakı vəziyyət təkcə miqrasiya məsələsi deyil, həm də İspaniya ilə Mərakeş arasında diplomatik münasibətlərə təsir göstərən mühüm faktordur. İki ölkə arasında əməkdaşlığın səviyyəsi sərhəd təhlükəsizliyinə və miqrasiya axınlarının idarə olunmasına birbaşa təsir edir. Ekspertlərin fikrincə, tərəflər arasında siyasi münasibətlərdə yaranan gərginliklər bəzən sərhəddə miqrasiya təzyiqinin artması ilə müşayiət olunur. Bu isə Seutanın geosiyasi əhəmiyyətini daha da artırır. Aİ liderləri narazıdırlar Vəziyyət o qədər gərginləşib ki, Aİ-nin 27 ölkəsindən 22-si Avropa Komissiyası və Aİ Şurasının rəhbərlərinə İspaniya hökumətini tənqid edən məktub göndərib. "Politico" nəşri yazır ki, məktuba imza atanlar arasında Almaniya Kansleri Fridrix Mertz, İtaliya Baş naziri Corcia Meloni, Belçika, Niderland, Skandinaviya ölkələri, Baltikyanı ölkələr, Mərkəzi və Şərqi Avropa liderləri olublar. Onlar yaranmış vəziyyətin Aİ səviyyəsində müzakirə olunmasını tələb ediblər. Liderlər İspaniya hökumətini miqrasiya şərtlərini yumşaltmağa görə qınayıblar. Onların fikrincə, Seutada yaşanan böhranı yaradan səbəblərdən biri də məhz bu addım olub. Məktubda deyilib ki, Aİ gərək qanunsuz miqrasiya ilə bağlı vahid siyasət yürütsün və sərt mübarizə aparsın. İspaniyaya qarşı məktuba Aİ-nin ən böyük iqtisadiyyatına sahib ölkələrindən yalnız Fransa imza atmayıb. ABŞ Prezidenti Donald Tramp miqrantların Mərakeşdən İspaniyaya qanunsuz daxil olmasını fəlakət və işğal kimi xarakterizə edib. "İspaniyada baş vermiş fəlakəti izlədim. Bu, yüzminlərlə insanın ölkəni işğal etməsinə bənzəyir", - Tramp deyib.
Böhranın həlli yolları Aİ Seutadakı vəziyyəti bütövlükdə Avropanın xarici sərhədlərinin təhlükəsizliyi kontekstində qiymətləndirir. Bir tərəfdən sərhədlərin qorunması, insan alveri şəbəkələrinə qarşı mübarizə və qeyri-qanuni miqrasiyanın qarşısının alınması prioritet hesab olunur. Digər tərəfdən isə beynəlxalq hüquq normalarına uyğun şəkildə sığınacaq axtaran şəxslərin hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanır. Bu çərçivədə Aİ Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməyə, miqrasiyanın əsas səbəblərinin aradan qaldırılmasına yönəlmiş inkişaf layihələrini dəstəkləməyə və sərhəd idarəçiliyini gücləndirməyə çalışır. Mütəxəssislərin fikrincə, Seutadakı miqrant probleminin yalnız sərhəd nəzarətinin sərtləşdirilməsi ilə həll olunması mümkün deyil. Problemin kökündə duran sosial-iqtisadi və siyasi amillər aradan qaldırılmadıqca qeyri-qanuni miqrasiya cəhdlərinin davam edəcəyi ehtimalı yüksək olaraq qalır. Uzunmüddətli həll yolu kimi Afrika ölkələrində iqtisadi inkişafın dəstəklənməsi, yeni məşğulluq imkanlarının yaradılması, regional sabitliyin möhkəmləndirilməsi və qanuni miqrasiya mexanizmlərinin təkmilləşdirilməsi göstərilir. Eyni zamanda, İspaniya, Mərakeş və Aİ arasında koordinasiyalı əməkdaşlığın gücləndirilməsi Seutadakı vəziyyətin idarə olunmasında həlledici rol oynaya bilər. Bu səbəbdən İspaniyada miqrant böhranı təkcə bu ölkənin deyil, bütövlükdə Aİ-nin qarşısında duran strateji problemlərdən biridir. Bu məsələ təkcə sərhəd təhlükəsizliyi ilə məhdudlaşmır, həm də humanitar məsuliyyət, regional əməkdaşlıq və beynəlxalq hüququn tətbiqini tələb edir.

Mənbə
oxu.az