Kriminal
Ucarda ölümlə nəticələnən qəza: Velosipedçi həyatını itirdi
Ucarda yol-nəqliyyat hadisəsi baş verib, ölən var. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub. Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az