Dünya

KİV: İraqda qonşu ölkəyə hücum hazırlayan qruplaşma üzvləri saxlanıldı

09 Aug 2026, 02:00 2 baxış
KİV: İraqda qonşu ölkəyə hücum hazırlayan qruplaşma üzvləri saxlanıldı
İraqın təhlükəsizlik qüvvələri qonşu ölkəyə pilotsuz uçuş aparatları ilə hücum hazırlayan hərbiləşdirilmiş qruplaşmalardan birinin tərəfdarlarını saxlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin məlumatına görə, Babil əyalətində hərbiləşdirilmiş qruplaşmalardan birinə mənsub üç nəfərdən ibarət qrup saxlanılıb. Onlardan "İraq hüdudlarından kənarda hücumlar üçün hazırlanmış ən müasir modifikasiyalı bir neçə PUA" müsadirə olunub. Mənbələrin iddiasına görə, saxlanılan qrup döyüş dronlarının hazırlanması üzrə iranlı mütəxəssislərlə əlaqəli olub. İraq tərəfinin Babil əyalətində iranpərəst qruplaşmalarla əlaqəli qrupun saxlanılması ilə bağlı hələlik rəsmi təsdiqi yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər