Digər
Etna yenidən püskürdü: hava məkanı bağlandı - Video
İtaliyanın Siciliya adasında Etna vulkanı yenidən püskürməyə başlayıb.
Axar.az xəbər verir ki, güclü vulkanik kül tullantıları səbəbindən hakimiyyət orqanları bölgədə aviasiya təhlükəsi səviyyəsini maksimuma qaldıraraq hava məkanını bağlayıblar.
Siciliyadakı Kataniya hava limanı müvəqqəti olaraq reyslərin qəbulunu və göndərilməsini dayandırıb. Hava limanının fəaliyyəti daha əvvəl də vulkanın aktivliyi səbəbindən bir neçə dəfə dayandırılmışdı.
Mənbə
axar.az