Cəmiyyət

Qalmaqallı əməliyyat görüntüləri kütləvi pozuntuları üzə çıxardı: Klinikaya 15 gün vaxt verildi - VİDEO

09 Aug 2026, 01:32 2 baxış
Qalmaqallı əməliyyat görüntüləri kütləvi pozuntuları üzə çıxardı: Klinikaya 15 gün vaxt verildi - VİDEO
Sosial şəbəkələrdə geniş müzakirə olunan əməliyyat görüntüləri ilə bağlı Baku TV-nin araşdırmasından sonra Səhiyyə Nazirliyi tərəfindən tədbir görülüb. Nazirliyin Analitik Ekspertiza Mərkəzi avqustun 4-də görüntülərin çəkildiyi "Vimay-Med" klinikasında planlaşdırılmamış yoxlama aparıb.

Yoxlama zamanı klinikanın lisenziya şərtlərinə əməl etmədiyi müəyyənləşib. Belə ki, tibb işçilərinin sayı təsdiq edilmiş ştat cədvəlinə uyğun olmayıb. Bəzi otaqlardan təyinatı üzrə istifadə edilməyib, tibbi avadanlıqlar isə uyğun olmayan otaqlarda yerləşdirilib. Həmçinin sanitar-epidemioloji tələblərin, dezinfeksiya və sterilizasiya qaydalarının pozulduğu aşkarlanıb. Tibbi alətlərin çirkli məhlullarda saxlanıldığı, bəzi steril alətlərin isə qeyri-steril əşyalarla birlikdə yerləşdirildiyi müəyyən edilib. Yoxlama zamanı sertifikatı olmayan həkimin fəaliyyət göstərməsinə yol verildiyi, lisenziyada nəzərdə tutulmayan üz-çənə cərrahiyyəsi ilə məşğul olunduğu və istifadə müddəti başa çatmış tibbi vasitələrin saxlanıldığı da üzə çıxıb. Bundan başqa, laboratoriyalarda biomaterialların və reagentlərin eyni soyuducuda saxlanıldığı, dərman vasitələrinin saxlanma qaydalarına əməl edilmədiyi müəyyənləşdirilib. Tibbi sənədlərdə də bir sıra uyğunsuzluqlar aşkarlanıb. O cümlədən, diaqnozlar və həkimlərin adları arasında uyğunsuzluqlar müəyyən edilib. Aşkar olunan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək. Klinikaya müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 15 iş günü vaxt verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər