Dünya

Britaniyada ilin beşinci isti dalğası gözlənilir

09 Aug 2026, 01:00 1 baxış
Britaniyada ilin beşinci isti dalğası gözlənilir
Böyük Britaniyada yaxın günlərdə 2026-cı ilin beşinci isti dalğasının baş verəcəyi gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) istilərlə bağlı xəbərdarlıq yayıb. Xəbərdarlıq avqustun 8-i səhər saatlarından 11-i axşamadək qüvvədə olacaq və demək olar ki, bütün ölkəni əhatə edir. Proqnozlara görə, gələn həftənin ortalarında temperatur 36 dərəcəyədək yüksələ bilər. Qeyd olunur ki, bu il ölkədə temperaturun 30 dərəcəni keçdiyi günlərin sayı 33-ə çatıb. Beləliklə, gələn həftə 1995-ci ildən bəri qüvvədə olan rekord yenilənə bilər. Həmin il 30 dərəcədən yuxarı temperaturun qeydə alındığı 34 gün olub. Bununla yanaşı, Ətraf Mühitin Mühafizəsi Agentliyi İngiltərədə ötən həftənin ardıcıl yeddinci həftə olduğunu bildirib ki, bu müddətdə yağıntının miqdarı 10 millimetrdən az olub. Qurum xəbərdarlıq edib ki, İngiltərənin iyulun sonundan etibarən demək olar ki, yarısında qüvvədə olan quraqlıq statusuna əlavə olaraq, yeni ərazilərdə də quraqlıq elan edilə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər