Dünya
Macarıstan Ali Məhkəmənin keçmiş sədri prezident olmağa razılıq verib
Macarıstan Ali Məhkəməsinin keçmiş sədri (2009-2011) Andraş Baka ölkə prezidenti vəzifəsini tutmaq barədə hakim "Tisa" partiyasının təklifini qəbul edib. Oxu.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar "Facebook" səhifəsində bildirib. "Biz şəxsən Andraş Bakaya "Tisa" partiyasının fraksiyasının qərarı barədə məlumat verdik və eyni zamanda ondan respublika prezidenti vəzifəsini tutmaq təklifini qəbul etməsini xahiş etdik. Cənab sədr millətə xidmət etmək istəyindən çıxış edərək bu təklifi qəbul edib və macar xalqının, demokratik və Avropa yönümlü Macarıstanın birliyi naminə çalışmağa hazırdır", - deyə o yazıb. Qeyd edək ki, bundan əvvəl "Tisa" partiyası və Madyar keçmiş baş nazir Viktor Orbanın dövründə prezident vəzifəsinə təyin edilmiş Tamaş Şuyoku vəzifəsindən getməyə məcbur ediblər. İyulun 18-də Şuyok parlamentin iyulun 17-də qəbul etdiyi və onun vəzifədən kənarlaşdırılmasını nəzərdə tutan əsas qanuna 17-ci düzəlişi imzalayıb. Şuyok sənədi konstitusiyaya və demokratiyaya zidd adlandırsa da, Madyarın yeni hökumətə qarşı mübarizə imkanlarının tükənməsi səbəbindən təzyiqlərə boyun əyib.
Mənbə
oxu.az