Dünya

Avropada anomal istilər və quraqlıq: Fermerlərə dəyən ziyan milyardlarla avro ilə ölçülür

08 Aug 2026, 22:32 3 baxış
Avropada anomal istilər və quraqlıq: Fermerlərə dəyən ziyan milyardlarla avro ilə ölçülür
Fransada anomal istilər, genişmiqyaslı yanğınlar və quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub, nəticədə fermerlərə dəyən itkilərin kompensasiyası üçün milyardlarla avro tələb olunacaq. Oxu.Az xəbər verir ki, bunu Fransanın ən böyük kənd təsərrüfatı həmkarlar ittifaqının rəhbəri Arno Russo "Franceinfo" radiosunun efirində deyib. Onun sözlərinə görə, fermerlərə dəstək üçün bir neçə milyard avro lazım olacaq. "Söhbət milyardlarla avrodan gedir. Daha dəqiq rəqəm əldə etmək üçün, əlbəttə, isti dövrün başa çatmasını gözləmək lazımdır. Lakin artıq bunun misli görünməmiş məbləğlər olduğu məlumdur. Müəyyən sayda sığorta proqramları olsa da, onların belə miqyasda sığorta hadisələrini qarşılamayacağını yaxşı bilirik", - deyə Russo bildirib. Russo vurğulayıb ki, havanın temperaturu 40 dərəcəni keçdikdə kənd təsərrüfatı istehsalı faktiki olaraq dayanır. Bu, həm bitkiçilik, həm də heyvandarlıq sahələrinə aiddir. Fransanın kənd təsərrüfatı naziri Enni Jenevar bir müddət əvvəl bildirib ki, anomal istilər aqrar sektorda böyük itkilərə səbəb olub: tərəvəz bitkilərinin məhsuldarlığı rekord səviyyədə aşağı düşüb, süd istehsalı əhəmiyyətli dərəcədə azalıb, heyvanlar arasında ölüm halları isə narahatedici həddə çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər