Dünya
Co Baydenin səhhəti pisləşdi
ABŞ-nin keçmiş prezidenti Co Baydenin səhhəti pisləşib. Oxu.Az xəbər verir ki, bunu onun oğlu Hanter Bayden "BBC News"a müsahibəsində deyib. "Bu, bir çox cəhətdən çox ağrılı və son dərəcə yorucudur. Xərçəng çox ağır xəstəlikdir. Bunu izləmək çox kədərlidir", - deyə Hanter Bayden bildirib. Qeyd olunub ki, xərçəng xəstəliyi sabiq prezidentin sümüklərinə və digər orqanlarına metastaz verib. Qeyd edək ki, Co Baydenin 83 yaşı var. O, 2025-ci ilin mayında prostat vəzinin aqressiv xərçəngindən əziyyət çəkdiyini açıqlayıb. Bir neçə ay sonra Bayden xərçəng hüceyrələrinin çıxarılması üçün əməliyyat keçirib. Bayden 2021-2025-ci illərdə ABŞ prezidenti vəzifəsini tutub və vəzifəyə başladığı vaxt ABŞ tarixində prezident postuna seçilən ən yaşlı şəxs olub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər