Dünya
Mərkəzi Afrika Respublikasında yanacaq tankeri aşdı: Onlarla ölü və yaralı var
Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə yanacaq tankerinin aşması nəticəsində azı 20 nəfər ölüb, onlarla insan yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə RFI məlumat yayıb. "Yanacaq tankeri aşıb, nəticədə ən azı 20 nəfər ölüb və onlarla insan yaralanıb. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır", - deyə məlumatda bildirilib. Məlumata görə, yük maşını insanların sıx olduğu yolda aşıb və piyadaları vurub. Ölənlərin sayının artacağı istisna edilmir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər