Dünya
Stiv Uitkoff: "Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında Vaşinqton bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. Oxu.Az xəbər verir ki, S.Uitkoff bu barədə "X" hesabında yazıb. "Düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı danışıqlar masası arxasında bir araya gətirərək 35 illik amansız münaqişəyə son qoyan tarixi sülh sazişinin imzalanmasına şərait yaratdı. Bu prezidentin liderliyi sayəsində Cənubi Qafqaz daha təhlükəsiz, firavan və sabit olub, bu böyük ölkələrin gələcəyi parlaqdır. Bu tarixi administrasiyanın bir hissəsi olmaqdan qürur duyuram", - deyə o qeyd edib.
Mənbə
oxu.az