Digər

Oman sahillərində gəmi vuruldu

08 Aug 2026, 18:41 2 baxış
Oman sahillərində gəmi vuruldu

Omanın Xasab şəhərindən 18 dəniz mili şərqdə yük gəmisi vurulub.


Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.


Bildirilib ki, gəmi naməlum mərmi ilə vurulub və nəticədə göyərtədə yanğın baş verib. Baş verən yanğın dərhal söndürülüb.


Məlumata görə, ətraf mühitə ziyan dəyməsi barədə heç bir məlumat verilməyib.


Gəmi və bütün heyət təhlükəsiz vəziyyətdədir.

Mənbə axar.az

Oxşar Xəbərlər