Digər
ABŞ və Ukrayna "Patriot"la bağlı razılaşdı: Hər ay...
Ukrayna və ABŞ Kiyevə hər ay "Patriot" hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket əleyhinə vasitələrin tədarük edilməsi barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski serbiyalı həmkarı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib.
O bildirib ki, HHM üçün raketlərlə bağlı Ukraynaya ən çox məhz ABŞ kömək edə bilər:
"ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr tədarük edəcək. Bununla bağlı razılaşmamız var".
Mənbə
axar.az