Digər
1627-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1627-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 200 921 PUA-sı, 669 zenit-raket kompleksi, 30 489 tank və digər zirehli texnikası, 1 769 reaktiv yaylım atəş sistemi, 36 087 artilleriya və minaatanı, 68 698 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az