Dünya

Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır

08 Aug 2026, 16:28 2 baxış
Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır
Türkiyə hökuməti bölgədə Rusiya və Ukrayna tərəfindən gəmilərə edilən hücumların intensivləşməsindən narahat olduğu üçün ticarət gəmilərinin Qara dənizə keçidinə məhdudiyyətlər tətbiq edir. Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb. Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi neft və taxıl ixracının ən mühüm mərkəzlərindən biri sayılan Novorossiyskə yollanan bir neçə gəmiyə xəbərdarlıq göndərib. Bildirilib ki, hazırkı vəziyyətdə həmin gəmilərin keçidinə icazə ya ümumiyyətlə verilmir, ya da Dardanel boğazından keçidlə bağlı müraciətlərin dəyərləndirilməsi üçün əlavə vaxt tələb olunur. Bununla belə, tətbiq edilən məhdudiyyətlərin dəqiq müddəti və əhatə dairəsi hələlik məlum deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər