Kriminal
Dənizdə batan 16 yaşlı gəncin meyiti tapıldı
Avqustun 6-da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən iki km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Asiman Elaqif oğlu Seyidəmirovun meyiti tapılıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə
oxu.az