Dünya
Alyaskada güclü zəlzələ baş verib
ABŞ-nin Alyaska ştatı ərazisində 5.6 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Seysmoloqlar bildiriblər ki, təbiət hadisəsi Bakı vaxtı ilə 08:50-də baş verib. Zəlzələnin episentri Skuentna qəsəbəsindən 54 km məsafədə yerləşib, ocağı isə 5 km dərinlikdə olub. İndiyədək hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.
Mənbə
oxu.az