Cəmiyyət

Bu tarixə qədər Ermənistan dalanda idi...

08 Aug 2026, 10:15 1 baxış
Bu tarixə qədər Ermənistan dalanda idi...

8 avqust 2025-ci ilə qədər Ermənistan dalanda idi. Avqustun 8-dən sonra isə qarşımızda hüdudsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz kollektiv iradəmizdən asılıdır.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətində bildirib.


Bununla yanaşı, o vurğulayıb ki, sülh gündəliyinin həyata keçirilməsi prosesi hələ başa çatmayıb.


Paşinyan Vaşinqton sammitinin ən mühüm nəticələrindən biri kimi "Tramp Marşrutu" (TRİPP) layihəsini vurğulayıb:


"Yaxın vaxtlarda biz TRİPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisə olacaq", - Paşinyan bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər