Dünya
Ukrayna Rusiyanın sənaye obyektlərini vurdu: Xəsarət alanlar var - VİDEO
"Samarada sənaye müəssisələrindən biri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb". Oxu.Az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev bildirib. Onun sözlərinə görə, hazırda mütəxəssislər hadisənin fəsadlarının aradan qaldırılması ilə məşğuldurlar. Dronların düşdüyü ərazidə operativ xidmət əməkdaşları fəaliyyət göstərirlər. Qubernator əlavə edib ki, zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.
Fedorişşev, həmçinin xatırladıb ki, hava hücumundan müdafiə (HHM) sistemlərinin işini və hücumun nəticələrini əks etdirən foto-video materialların çəkilməsi və yayılması qadağandır. Ötən gecə Rusiyanın 17-dən çox regionunda raket təhlükəsi elan edilib, 18 hava limanında isə təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq olunub. Hazırda onların bir çoxu öz fəaliyyətini bərpa edib. Krasnodar diyarında isə vurulan Ukrayna dronlarının qalıqlarının düşməsi nəticəsində neft emalı zavodunda (NEZ) yanğın baş verib. Regionun operativ qərargahı "Telegram" kanalında bildirib ki, yanğının İlski NEZ-in ərazisində başladığı qeyd olunur. İlkin məlumatlara görə, beş nəfər xəsarət alıb. "Onlara bütün lazımi tibbi yardım göstərilir", - deyə açıqlamada qeyd olunub. Operativ qərargahdan əlavə edilib ki, hazırda hadisə yerində müvafiq xidmətlərin mütəxəssisləri işləyirlər. Tula vilayəti də Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumuna məruz qalıb. Regionun qubernatoru Dmitri Milyayevin sözlərinə görə, HHM bölmələri Ukraynaya məxsus yeddi PUA-nı məhv edib. Milyayev qeyd edib ki, hücum nəticəsində heç kim xəsarət almayıb və ilkin olaraq infrastrukturun zədələnmədiyi müəyyən edilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər