Dünya

Pentaqon UNO arxivlərini yenidən AÇDI: Onilliklərin sirli görüntüləri üzə çıxdı - VİDEO

08 Aug 2026, 03:31 5 baxış
Pentaqon UNO arxivlərini yenidən AÇDI: Onilliklərin sirli görüntüləri üzə çıxdı - VİDEO
ABŞ Hərb Nazirliyi uçan naməlum obyektlər (UNO) haqqında artıq beşinci məlumat arxivini dərc etməyə başlayıb. Oxu.Az xəbər verir ki, Pentaqonun saytında yerləşdirilən materiallar bir neçə onilliyi əhatə edir və dünyanın müxtəlif yerlərində qeydə alınmış anomal hadisələri əks etdirir.

Kadrlarda səmada parıldayan, sürətlə hərəkət edən və bir nöqtədə hərəkətsiz qalan sirli obyektlər əks olunub. Belə ki, 1953-cü ilə aid sənədlərdən birində UNO olduğu ehtimal edilən obyekti əks etdirən videogörüntünün təhlili təqdim olunur. Sənəddə bildirilir ki, naməlum obyekt təbii hadisələrə və ya mövcud uçuş aparatlarına uyğun gəlməyən xüsusiyyətlərə malik olub. Başqa bir sənəddə isə 2026-cı ildə Federal Təhqiqatlar Bürosuna (FTB) müraciət edən amerikalının ifadələri yer alıb. O, ABŞ-nin qərbində cəmi bir neçə saat ərzində UNO ilə üç mümkün qarşılaşma yaşadığını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər