Dünya

Macarıstanda Dunay çayı dayazlaşdı, Vermaxt əsgərlərinin qalıqları tapıldı - FOTO

08 Aug 2026, 04:02 5 baxış
Macarıstanda Dunay çayı dayazlaşdı, Vermaxt əsgərlərinin qalıqları tapıldı - FOTO
Macarıstanda Dunay çayının dayazlaşması iki Vermaxt (1935-1945-ci illərdə nasist Almaniyasının rəsmi silahlı qüvvələri - red.) əsgərinin qalıqlarının, eləcə də "DKW NZ 350-1" motosikletinin və "Tellermine 35" tank əleyhinə minalarının aşkarlanmasına imkan verib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Almaniyanın Hərbi Məzarlara Qulluq Milli Şurasından məlumat verilib.
{{gallery}} Məlumata görə, qeyd olunanlar Budapeşt yaxınlığındakı Budaerş şəhərində dayazlaşmış Dunay çayının yatağında batmış gəmilərin qazıntısı zamanı aşkar edilib. Qazıntı işləri Macarıstan Hərbi Tarix İnstitutu və Muzeyinin əməkdaşları tərəfindən aparılıb. Hərbi sursatların tapılması səbəbindən ərazidə həmçinin partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər də işləyib və çay sahilinin bir hissəsi iş zamanı hasara alınıb. Ərazidə həmçinin həlak olan əsgərlərə məxsus jetonlar da tapılıb. Qurumdan bildirildiyinə görə, həm jetonlar, həm də motosiklet lilin içində yağ qarışığı səbəbindən yaxşı vəziyyətdə qalıblar. Jetonlar bütöv olub, bu da o deməkdir ki, qohumları, böyük ehtimalla, hərbçilərin ölümü barədə məlumat almayıblar. Onların Budaerşdəki Vermaxt qəbiristanlığında dəfn olunacaqları gözlənilir. Qurum ümid edir ki, çayın dayazlaşması sayəsində arxeoloqlar yaxın zamanda orada həlak olan digər Vermaxt əsgərlərinin cəsədlərini də tapa biləcəklər.
Macarıstanda Dunay çayı dayazlaşdı, Vermaxt əsgərlərinin qalıqları tapıldı - FOTO Macarıstanda Dunay çayı dayazlaşdı, Vermaxt əsgərlərinin qalıqları tapıldı - FOTO Macarıstanda Dunay çayı dayazlaşdı, Vermaxt əsgərlərinin qalıqları tapıldı - FOTO Macarıstanda Dunay çayı dayazlaşdı, Vermaxt əsgərlərinin qalıqları tapıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər