Kriminal

Avtomobil işıq dirəyinə çırpıldı: yaralılar var

08 Aug 2026, 01:09 2 baxış
Avtomobil işıq dirəyinə çırpıldı: yaralılar var

İmişli şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, insident gecə saatlarında şəhərin Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində xəsarət alan Səfər Əzizov, Rüqayə Əzizova və Şahbəyim Əzizova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər