Digər
ABŞ dronlara qarşı 400 milyonluq lazer sistemləri alır
Pentaqon ilk dəfə olaraq ABŞ-ın "AeroVironment" texnologiya şirkətindən 400 milyon dollar dəyərində "Locust" lazer antidron sistemləri tədarük edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, bu müqavilə ABŞ ordusunun kiçik və orta ölçülü pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün daha sərfəli və etibarlı üsullar axtardığını nümayiş etdirir.
Qeyd edək ki, bir müddət əvvəl Pentaqonun pilotsuz sistemlər proqramının meneceri Trevis Metz ABŞ-nın yerli dron sənayesini qurmaqda hələ çox erkən və çətin bir mərhələdə olduğunu vurğulamışdı.
Mənbə
axar.az