Rusiya bu ərazilərə hücum edəcək? – Keçmiş prezident
Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö Rusiyanın NATO üzvü olan ölkələrə hücum edə biləcəyi ilə bağlı ehtimalları rədd edib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Niinistö Rusiyanın alyans ölkələrinə qarşı hərbi əməliyyata başlayacağına inanmadığını bildirib. Keçmiş prezidentin sözlərinə görə, belə bir ssenarinin reallaşması ehtimalı yoxdur.
Niinistönün açıqlaması Avropada Rusiyanın NATO ölkələri üçün mümkün təhlükə yaradacağı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səslənib.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Moskvanın NATO-ya hücum edəcəyi barədə iddiaları “əsassız” adlandırıb. O, Rusiyanın alyansa hücum etməkdə hansı marağının ola biləcəyini düşünməyi təklif edib.
Putinin sözlərinə görə, Rusiyanın NATO üçün təhlükə yaratdığı barədə açıqlamalar Qərb ölkələrində ictimaiyyəti müdafiə xərclərinin artırılmasının zəruriliyinə inandırmaq məqsədi daşıyan təxribat xarakterli bəyanatlardır.