Dünya

Vaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİR

07 Aug 2026, 23:36 3 baxış
Vaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİR
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. İndi sənəd sentyabr ayında Nümayəndələr Palatasında nəzərdən keçirilməlidir. Qanun layihəsi ABŞ Prezidentinə Rusiya nefti və ya qazının beş ən böyük alıcısından idxal olunan mallara hədəfli gömrük rüsumları tətbiq etmək səlahiyyəti verir. Sənədə həmçinin İranın energetika və silah sektorlarının maliyyələşdirilməsini məhdudlaşdıran sanksiya səlahiyyətlərinin qüvvədən düşməsinin qarşısını almağı nəzərdə tutan müddəa da daxil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər