Digər

İtaliya İspaniya ilə bağlı qərarından imtina etmədi

07 Aug 2026, 23:42 3 baxış
İtaliya İspaniya ilə bağlı qərarından imtina etmədi

İtaliya İspaniyadan gələn üçüncü ölkə vətəndaşları üçün sərhəd nəzarətini ləğv etməyəcək.


Axar.az xəbər verir ki, bu barədə İtaliya hökumətinin məlumatında bildirilib.


Məlumatda vurğulanıb ki, İspaniyadan gələn üçüncü ölkə vətəndaşları üçün Şengen zonasının qaydalarının dayandırılması ən azı avqustun 15-dək qüvvədə olacaq. Belə ki, sözügedən tarixə kimi İspaniyaya yenidən qanunsuz miqrant axını ola bilər.


Qeyd edək ki, miqrasiya böhranının Seuta şəhərində kəskinləşməsi fonunda İtaliya İspaniya ilə dəniz və hava sərhədlərini bağlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər