Cəmiyyət

Göygöldə sakinlər avtobus problemindən beziblər: "Hər gün taksiyə pul veririk" - VİDEO

07 Aug 2026, 22:36 3 baxış
Göygöldə sakinlər avtobus problemindən beziblər: "Hər gün taksiyə pul veririk" - VİDEO
Göygöl rayonunun Yeni Qızılca kənd sakinləri ictimai nəqliyyatın fəaliyyətindən narazıdırlar. Sakinlərin sözlərinə görə, kəndə xidmət göstərən avtobus marşrutları axşam saat 18:00-da fəaliyyətini dayandırır. Bu isə hər gün işə və təhsil müəssisələrinə gedib-gələn sakinlər üçün ciddi çətinliklər yaradır. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Onların sözlərinə görə, problem təkcə marşrutların erkən dayanması ilə məhdudlaşmır. Kəndə xidmət göstərən avtobusların köhnə və istismar müddətini başa vurmuş vəziyyətdə olması da narazılığa səbəb olur. Sakinlər problemin həlli üçün 7 nömrəli marşrut xəttinin təxminən 2 kilometr uzadılaraq Yeni Qızılca kəndinədək fəaliyyət göstərməsini istəyirlər. Kənd sakinlərindən biri bildirib ki, mövcud vəziyyət, xüsusilə, məktəblilər və tələbələr üçün əlavə çətinlik yaradır: "Gəncə şəhərinə məktəbə və universitetə gedən uşaqlarımız var. Axşam saat 19:00-da avtobusdan düşəndə onları qarşılamaq üçün mütləq dayanacağa getməli oluruq. Yaxşı olardı ki, marşrut kəndimizin içərisindəki dayanacağa qədər işləsin. İnsanlar taksidən istifadə etməyə məcbur qalırlar. Hamının gəliri elə deyil ki, hər gün taksiyə pul xərcləsin". Sakinlər aidiyyəti qurumlardan marşrut xəttinin uzadılmasını və kəndə xidmət göstərən avtobusların yenilənməsini xahiş edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər