Dünya

Türkiyə gəmisi PUA hücumuna məruz qaldı - FOTO - VİDEO

07 Aug 2026, 21:12 2 baxış
Türkiyə gəmisi PUA hücumuna məruz qaldı - FOTO - VİDEO
Novorossiysk akvatoriyasında Türkiyənin "MV Güllük" quru yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Oxu.Az bu barədə "HaberDenizde.com" dəniz informasiya portalına istinadən xəbər verir.

Portalın məlumatına görə, zərbə gəminin yaşayış hissəsinə dəyib. Hadisə nəticəsində heyət üzvlərindən ölən və ya xəsarət alan olmayıb. Hücumdan sonra quru yük gəmisinin tərsanəyə aparılması planlaşdırılır. Orada mütəxəssislər zədələrin xarakterini qiymətləndirəcək və tələb olunan təmir işlərinin həcmini müəyyənləşdirəcəklər. Gəmilərin hərəkətini izləyən "Gemi Trafik" platforması "X" sosial şəbəkəsində hücumun, ehtimal ki, Ukrayna tərəfi tərəfindən həyata keçirildiyini bildirib.
{{gallery}}
Türkiyə gəmisi PUA hücumuna məruz qaldı - FOTO - VİDEO Türkiyə gəmisi PUA hücumuna məruz qaldı - FOTO - VİDEO Türkiyə gəmisi PUA hücumuna məruz qaldı - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər