Cəmiyyət

İsmayıllıda ağır qəza: Beş nəfər yaralanıb

07 Aug 2026, 21:48 2 baxış
İsmayıllıda ağır qəza: Beş nəfər yaralanıb
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb. Belə ki, VAZ-2106 markalı avtomobillə KIA markalı maşın toqquşub. Qəza nəticəsində Bakı sakinləri, 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri, 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər