Dünya
ABŞ-dən atəşkəslə bağlı MÜHÜM AÇIQLAMA: "Bəlkə də elə bu gün"
"ABŞ atəşkəs haqqında razılaşmanı çox tezliklə, bəlkə də elə bu gün bağlaya bilər". Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "12 News"a müsahibəsində deyib. Bessent Donald Trampın ABŞ və İsrailin əməliyyatları zamanı İranın aviasiyası və donanmasının "məhv edildiyi" barədə sözlərini təkrarlayıb. O əlavə edib ki, Tehran iqtisadi baxımdan da məğlubiyyətə uğrayıb. "Biz onların boğazından yapışmışıq. Onlarda ərzaq inflyasiyası 150-180 faizdir, qoşunlarını saxlaya bilmirlər", - deyə o vurğulayıb. Bununla əlaqədar ABŞ Maliyyə Nazirliyinin rəhbəri atəşkəs haqqında razılaşmanın bu gün və ya sabah imzalana biləcəyini istisna etməyib. Onun sözlərinə görə, mümkün atəşkəsin müddəti 30 və ya 60 gün ola bilər. Xatırladaq ki, iyunda əldə olunan anlaşma memorandumu 60 günlük atəşkəsi nəzərdə tuturdu. Bu müddət ərzində ABŞ və İran sülh sazişinin bütün parametrlərini yekun şəkildə razılaşdırmalı idilər. İyulun əvvəlində döyüş əməliyyatları yenidən başlayıb və ayın sonunadək davam edib. Həmin vaxtadək ABŞ Prezidenti Donald Tramp İranın energetika sisteminə zərbələri təxirə salıb və danışıqların bərpa olunduğunu bəyan edib.
Mənbə
oxu.az