Cəmiyyət

Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb - VİDEO

07 Aug 2026, 20:24 1 baxış
Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb - VİDEO
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentliyin Bakı Regional Bölməsinin sektor müdiri Ülviyyə Cəlilova bildirib ki, monitorinqlər zamanı bəzi kəsim məntəqələrində qida təhlükəsizliyi və baytarlıq nəzarəti sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Onun sözlərinə görə, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara qısa müddət ərzində zəruri tədbirlərin görülməsi və görülmüş işlərin nəticələri barədə Agentliyə məlumat təqdim edilməsi tapşırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər