Kriminal
Su kanalında boğulan 15 yaşlı yeniyetmənin meyiti çıxarıldı
Beyləqan rayonunda su kanalında boğulma hadisəsi qeydə alınıb. Oxu.Az xəbər verir ki, rayonun Bünyatlı kəndi ərazisində baş verən hadisə nəticəsində Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Murad Ramil oğlu Əmrahlı həyatını itirib. Məlumata görə, yeniyetmə kanalda çimərkən boğulub. Onun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az