Dünya
Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"
ABŞ Prezidenti Donald Tramp demokratların Konqresdə keçiriləcək aralıq seçkisində qalib gələcəyi təqdirdə ölkənin son respublikaçı prezidenti ola biləcəyini bildirib. Oxu.az xəbər verir ki, Tramp bu barədə "Punchbowl News" portalına müsahibəsində danışıb. "Əgər onlar (demokratlar) seçilsələr, ola bilsin ki, mən sonuncu respublikaçı prezident olum", - deyə Tramp bildirib. Bununla yanaşı, Tramp respublikaçıların qələbəsinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bunun üçün Senat "daha ağıllı davranmalıdır". ABŞ-də aralıq seçkisi noyabrın 3-də keçiriləcək. Seçkidə Senatın üçdəbiri və Nümayəndələr Palatasının bütün tərkibi yenidən formalaşdırılacaq. Hazırda Konqresin hər iki palatasında çoxluq Respublikaçılar Partiyasının nəzarətindədir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər