Dünya

Türkiyədə qalmaqallı "Ahbap" dərnəyi əməliyyatı: Məşhurların zəlzələ ianələri hara sərf edilib?

07 Aug 2026, 17:24 2 baxış
Türkiyədə qalmaqallı "Ahbap" dərnəyi əməliyyatı: Məşhurların zəlzələ ianələri hara sərf edilib?
Türkiyədə tanınmış müğənni Haluk Leventin təsisçisi olduğu "Ahbap" dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələlərdən sonra edilən ianələrin araşdırılmasına başlanılıb. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. MASAK (Maliyyə Cinayətləri İstintaq Şurası) tərəfindən hazırlanan araşdırmalarda incəsənət, idman və iş dünyasından çox sayda insanın "Ahbap" dərnəyinə etdiyi ianələr bir-bir qiymətləndirilib. İlkin nəticələrə görə, 36 məşhur adın dərnəyə ümumilikdə 14 milyon türk lirəsindən çox ianə etdiyi müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, Tarkan, Ajda Pekkan, Sibel Can, aktyorlar Ebru Şahin və Barış Arduç, eləcə də iş adamı Nevzat Aydın zəlzələ qurbanları üçün "Ahbap" dərnəyinə bir milyon lirə ianə ediblər. Həmçinin Tolqa Çevik, Ebru Gündeş, Somer Sivrioğlu, Halit Ergenç və Hasan Can Kaya da müxtəlif məbləğlərdə ianə edən adlar sırasında olublar. Maliyyə araşdırmaları zamanı diqqət çəkən məqamlardan biri də ianə edən şəxslərin açıqlama hissəsinə "zəlzələ pulu", "yardım pulu", "ianə" və "Hatay" kimi ifadələr yazması olub. İstintaq çərçivəsində, həmçinin "Ahbap" dərnəyinin mühasibat qeydləri də araşdıracaq. Hakimiyyət orqanları toplanan ianələrin hansı sahələrdə və hansı şəkildə istifadə olunduğunu müəyyən etmək məqsədilə maliyyə qeydləri ilə bağlı ətraflı işlər aparır.
Mənbə oxu.az

Oxşar Xəbərlər