Dünya

Ukrayna ordusunun ekipajsız katerləri Yaltaya hücum etdi - FOTO

07 Aug 2026, 16:24 2 baxış
Ukrayna ordusunun ekipajsız katerləri Yaltaya hücum etdi - FOTO
Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus ekipajsız katerlər Yalta şəhərinə hücum edib. Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, yerli idarəetmə orqanları Krımdakı kurort şəhərinin mərkəzi sahilində təxliyə prosesinin başladığını elan ediblər. Sakinlərə açıq məkanlardan uzaqlaşmaq və sığınacaqlarda yerləşmək tövsiyə olunub. İlkin məlumatlara görə, Ukrayna tərəfi şəhəri "Sea baby 2" modifikasiyalı ekipajsız katerlərlə hədəfə almağa cəhd göstərib. Vurulan su nəqliyyatı vasitəsi zərərsizləşdirilərək Primorsk parkı ərazisindəki sahil zolağına atılıb. Hazırda sahilə çıxarılan pilotsuz katerin minalardan təmizlənməsi istiqamətində müvafiq işlərə başlanıldığı qeyd olunur.
{{gallery}} Daha öncə bölgədə pilotsuz uçuş aparatları səbəbindən təhlükə xəbərdarlığı verilmiş və hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilmişdi.
Ukrayna ordusunun ekipajsız katerləri Yaltaya hücum etdi - FOTO Ukrayna ordusunun ekipajsız katerləri Yaltaya hücum etdi - FOTO Ukrayna ordusunun ekipajsız katerləri Yaltaya hücum etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər