Kriminal
Şəmkirdə 58 yaşlı sürücü sükan arxasında öldü
Şəmkir rayonunda sürücü sükan arxasında ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 6-sı saat 18 radələrində Şəmkir şəhəri ərazisində baş verib. Şəhər sakini 1968-ci il təvəllüdlü Natiq Əlirza oğlu Əsgərov idarə etdiyi VAZ-21074 markalı avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib və maşın səkiyə çırpılıb. Sürücü ürək çatışmazlığından sükan arxasında dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az