Dünya

İran siyasi elitasında qalmaqal: Pezeşkian istefa vermək istəyib? - VİDEO

07 Aug 2026, 15:12 2 baxış
İran siyasi elitasında qalmaqal: Pezeşkian istefa vermək istəyib? - VİDEO
İran "Hizbullah"ının lideri kimi tanınan Ayətullah Məhəmmədbağır Xərrazinin son günlər verdiyi açıqlamalar adıçəkilən ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib, sosial şəbəkələrdə geniş əks-səda doğurub. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında süjet yayımlanıb.

Bildirilib ki, İranın ali rəhbəri Müctəba Xamenei ilə yaxın qohumluq əlaqəsi olan Xərrazinin əvvəlcə İran Prezidenti Məsud Pezeşkianın istefası ilə bağlı dedikləri əməlli-başlı qalmaqal yaradıb. Xərrazi iddia edib ki, Pezeşkian müharibə dövründə ali rəhbərə təzyiq göstərmək üçün nə az, nə çox - düz 28 dəfə istefa verəcəyi ilə hədələyib, o cümlədən bu yolla ABŞ ilə Müctəba Xameneyinin razı olmadığı memorandumun imzalanmasına nail olub. Lakin Xərrazinin bildirdiyinə görə, artıq Müctəba Xamenei Pezeşkianın bu addımlarına dözmək niyyətində deyil və əgər o, bir də istefa ilə bağlı müraciət etsə, ali rəhbər istefanı qəbul edəcək. "Bunu ali rəhbər rəsmən Pezeşkianın özünə çatdırıb" - deyə, Xərrazi əlavə edib. Bu açıqlamadan az sonra İran Prezidentinin Administrasiyası təkziblə çıxış edib. Administrasiya rəhbərinin kommunikasiya və informasiya üzrə müavini Mehdi Təbatəbayi prezidentin istefa vermək istəməsi barədə iddianı uydurma və ağ yalan adlandırıb, bu cür xəbərlərin milli birliyi hədəfə aldığını vurğulayıb. Ardınca Müctəba Xameneinin ofisi də Xərrazinin sözlərini təkzib edən açıqlama yayıb. "Burada da Xərrazinin iddiasının tam yalan olduğu və həqiqəti əks etdirmədiyi bildirilib, eyni zamanda bu cür çıxışların cəmiyyətdə parçalanma və ikitirəlik yaratmaqla, bədxahların və düşmənlərin məqsədlərinə xidmət etdiyi qeyd olunub. Nəhayət, prezident Məsud Pezeşkian özü də məsələyə münasibət bildirərək, istefa verməyəcəyini və duruş gətirəcəyini bəyan edib", - deyə süjetdə qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər