Dünya

ABŞ-də yüzlərlə "Boeing 737 Max" təyyarəsi texniki yoxlanışdan keçiriləcək

07 Aug 2026, 15:24 2 baxış
ABŞ-də yüzlərlə "Boeing 737 Max" təyyarəsi texniki yoxlanışdan keçiriləcək
"Boeing" şirkətinin daha köhnə təyyarə modellərinin konstruksiya elementlərində çatların aşkarlanmasından sonra, ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) yüzlərlə "Boeing 737 Max" hava gəmisinin yoxlanılması barədə təlimat verib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin federal reyestrinin saytında məlumat dərc olunub. Məlumatda vurğulanıb ki, yeni direktiv gövdə örtüyündə əvvəllər aparılmış təmir işlərinin yoxlanılmasını və ehtiyac yarandıqda, nəticələrə əsasən müvafiq tədbirlərin görülməsini tələb edir. FAA-nın məlumatına əsasən, bəzi köhnə "Boeing 737 Max" laynerlərində qapı boşluqları və qəza çıxışları ətrafındakı zonaları möhkəmləndirən xüsusi altlıqlarda çatlar müəyyən edilib. Yoxlamalar "Boeing 737 Max 8", " Boeing 737 Max 9" və "Boeing 737 Max 8-200" modellərindən olan təxminən 471 təyyarəni əhatə edəcək. Direktiv sentyabrın 10-dan etibarən qüvvəyə minir.
Mənbə oxu.az

Oxşar Xəbərlər