Dünya

Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum niyə mümkünsüzdür?

07 Aug 2026, 15:48 4 baxış
Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum niyə mümkünsüzdür?
"Ermənistanın Avropa İttifaqına (Aİ) ehtimal olunan üzvlüyü ilə bağlı referendumun hazırkı mərhələdə təşkili qeyri-mümkündür". Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Siyasətçinin mövzu ilə bağlı çıxışının videogörüntüsü onun "Facebook" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb. Baş nazirin sözlərinə görə, ümumxalq səsverməsi yalnız İrəvan üzvlük əldə etmək üçün rəsmi şəkildə Aİ-yə müraciət etdikdən sonra baş tuta bilər. O vurğulayıb ki, hazırda bu istiqamətdə institusional səviyyədə fəaliyyətin aparılmasına ehtiyac var.
Mənbə oxu.az

Oxşar Xəbərlər