Dünya
Rusiya Qara dənizdə Ukrayna üçün yük daşıyan gəmiləri vurub
Avqustun 6-da axşam və avqustun 7-də səhər Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna ordusu üçün yük daşıyan üç gəmiyə zərbə endirib. Oxu.Az-ın "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Qara dəniz akvatoriyasında PUA (Pilotsuz Uçuş Aparatı - dron) vasitəsilə endirilən zərbələr nəticəsində hərbi yük daşıyan üç quru yük gəmisi vurulub", - deyə məlumatda bildirilib.
Mənbə
oxu.az