Dünya

"Meta" uşaqların psixologiyasına zərərə görə yarım milyarddan çox CƏRİMƏLƏNDİ

07 Aug 2026, 10:36 2 baxış
"Meta" uşaqların psixologiyasına zərərə görə yarım milyarddan çox CƏRİMƏLƏNDİ
ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi "Meta" korporasiyasının platformalarından istifadə edən yetkinlik yaşına çatmayanların psixi sağlamlığına zərər vurulması işi üzrə 567 milyon dollar cərimə ödənməsi barədə qərar çıxarıb. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə məhkəmənin qərarında bildirilir ki, "Meta" vurulmuş zərərin nəticələrinin aradan qaldırılması üzrə fonda 567 milyon dollar köçürməlidir. Hakim vurulmuş zərərin genişmiqyaslı nəticələrini nəzərə alaraq belə bir fondun yaradılmasını zəruri hesab edib. Şirkət isə məhkəmənin qərarı ilə razılaşmadığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu bəyan edib. Mart ayında məhkəmə "Meta"ya məxsus platformaların uşaqların mental sağlamlığına ziyan vurduğuna dair qərar qəbul etmişdi. Bundan əlavə, andlı iclasçılar korporasiyanın öz platformalarında yetkinlik yaşına çatmayanların cinsi istismarı barədə məlum olan informasiyanı gizlətdiyi qənaətinə gəliblər. Həmin vaxt "Meta" 375 milyon dollar məbləğində cərimə ödəməyə məcbur edilmişdi.
"Meta" uşaqların psixologiyasına zərərə görə yarım milyarddan çox CƏRİMƏLƏNDİ
Mənbə oxu.az

Oxşar Xəbərlər