Digər
Husilər daha bir bölgəni vurdu: 58 əsgər həlak oldu
Husilərin Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Nəcran bölgəsinə hücumu nəticəsində 11 mülki şəxs yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Arab Nyus” məlumat yayıb.
Məlumata görə, yaralılar arasında Səudiyyə Ərəbistanının 7, Yəmənin 1 və Pakistan 1 vətəndaşı var.
“Hücumlar nəticəsində ən azı 58 əsgər həlak olub, onlarla əsgər yaralanıb”, - nəşr yazıb.
Qeyd edək ki, dünən husilərin Yəmən hökumət qüvvələrinin Mərib və Hadramaut əyalətlərindəki hərbi düşərgələrinə raket zərbələri nəticəsində 30 hərbçi həlak olmuşdu.
Mənbə
axar.az