Digər
Avropa Türkiyə qazını almaq istəyir - Bayraqdar
Avropalı həmkarlarımız bizimlə əlaqə saxlayaraq Rusiya qazı olmayan qaz almaq istədiklərini bildirirlər. Avropanın tələblərindən biri Sakarya yatağından Türkiyə qazının ixracı imkanıdır.
Axar.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.
“Texniki çətinlik qazın boru kəmərinə daxil olduqdan sonra mənşəyini birmənalı şəkildə müəyyən etməyin mümkünsüzlüyündədir”, - Bayraqdar bildirib.
Mənbə
axar.az