Digər

Yadplanetlilər Yerə milyon il əvvəl gəlib - Alimdən şok

07 Aug 2026, 10:37 2 baxış
Yadplanetlilər Yerə milyon il əvvəl gəlib - Alimdən şok

Əgər yadplanetli sivilizasiyalar həqiqətən Yerə səyahət edibsə, bu, böyük ehtimalla bir milyon ildən daha əvvəl baş verib.


Axar.az xəbər verir ki, bunu Nyu York Universitetinin astrofiziki Kevin Knut deyib.


O, öz nəticələrini qalaktika boyunca hipotetik kosmik sivilizasiyaların yayılmasının kompüter modelləşdirilməsi ilə əsaslandırıb.


Alim kosmik gəmilərin sürətini, mövcudluq müddətini, uçuş məsafəsini və yeni ulduz sistemlərinin kolonizasiya ehtimalını nəzərə alaraq, ulduzlararası səyahət edə bilən 10 milyon sivilizasiyanın inkişafını modelləşdirib:


“Hesablamalar göstərir ki, ulduzlararası sivilizasiyanın Yerə çatma ehtimalı təxminən 0,000405% təşkil edir. Üstəlik, əgər belə bir səfər baş vermiş olsa, modelə görə, orta hesabla bu, yaxın keçmişdə deyil, təxminən 1,2 milyon il əvvəl baş verə bilərdi”.

Mənbə axar.az

Oxşar Xəbərlər