Dünya

Sorğuları süni intellektin əvəzinə insanın cavablandırdığı çatbot yaradılıb

07 Aug 2026, 08:34 4 baxış
Sorğuları süni intellektin əvəzinə insanın cavablandırdığı çatbot yaradılıb
"Google" şirkətinin keçmiş əməkdaşı Taker Brayant xarici görünüşünə görə süni intellekt çatbotunu xatırladan, lakin əslində neyron şəbəkədən istifadə etməyən "ChatTJB" adlı xidməti istifadəyə verib. Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir. Layihənin əsas fərqi ondan ibarətdir ki, istifadəçilərin bütün sorğularını şəxsən Brayant oxuyur və cavabları özü yazaraq göndərir. Xidmətin tanıtımı üçün ABŞ-nin San-Fransisko şəhərində reklam lövhələri yerləşdirilib. Reklamda "ChatTJB" "AI əsaslı aparıcı çatbot interfeysi" kimi təqdim olunsa da, kiçik şriftlə AI qısaltmasının bu halda "artificial intelligence" (süni intellekt) deyil, "average individual" (orta statistik insan) mənasını verdiyi qeyd olunur. "ChatTJB" qəsdən real süni intellekt xidmətlərindən daha yavaş və qeyri-sabit işləyir. Cavablar dərhal göndərilmir və yalnız layihənin müəllifi sorğunu gördükdən sonra hazırlanır. Brayant cavabların mütləq doğru olacağına zəmanət vermir. Xidmət bəzən qeyri-dəqiq məsləhətlər verə, müəmmalı cavab yaza və ya izahı şeir formasında təqdim edə bilər. Şəkil yaratma funksiyası da əllə həyata keçirilir və istifadəçiyə neyron şəbəkənin hazırladığı təsvir əvəzinə müəllifin çəkdiyi rəsm göndərilir. Müəllif bildirir ki, "ChatTJB" "ChatGPT" və digər süni intellekt köməkçilərinə rəqib olmaq məqsədi daşımır. Layihə satirik sənət işi kimi hazırlanıb və insanların çatbotların ünsiyyət tərzi, interfeysi və inamlı cavablarına həddindən artıq etibar etməsinə diqqət çəkməyi hədəfləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər