Dünya
Tailandda məktəbdə silahlı hücum: Ölənlər və yaralananlar var - FOTO - VİDEO
Banqkokun şimalında yerləşən Nontaburi əyalətindəki məktəblərin birinin ərazisində baş verən silahlı insident nəticəsində 2 nəfər həyatını itirib, 20-dən çox insan isə yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Khaosod" nəşri məlumat yayıb.
İlkin məlumatlara əsasən, hadisə zamanı iki müəllim həlak olub, xəsarət alanlardan üçünün vəziyyəti isə ağırdır. "Khaosod" qəzetinin verdiyi məlumata görə, məktəb kampusunda atəş açan şagird həyatına son qoyub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım xidmətləri hadisə yerində fəaliyyət göstərirlər. Yerli əhaliyə insidentin baş verdiyi əraziyə getməmək tövsiyə edilib. Bundan əvvəl "Amarin TV" telekanalı atışma nəticəsində ən azı beş nəfərin yaralandığını bildirmişdi.

Mənbə
oxu.az
Oxşar Xəbərlər