Dünya

Rusiyalı iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən yaxta hərracda satılıb - FOTO

07 Aug 2026, 06:34 3 baxış
Rusiyalı iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən yaxta hərracda satılıb - FOTO
Rusiyalı iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən "Amadea" superyaxtası ötən ilin sentyabrında ABŞ hökuməti tərəfindən keçirilən hərracda 187 milyon dollara BƏƏ-dən olan milyarderin ailəsinə satılıb. Oxu.Az xəbər verir ki, bu barədə CNBC telekanalı ABŞ Ədliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Məlumata görə, vaxtilə dəyəri 300 milyon dollardan çox qiymətləndirilən yaxta 187 milyon dollara satılıb. Alıcının isə şirkəti "Trump Organization"la əməkdaşlıq edən BƏƏ-li milyarder Hüseyn Sacvaninin 27 yaşlı oğlu Abbas Sacvani olduğu bildirilir. Bildirilib ki, 106 metr uzunluğunda olan "Amadea" yaxtası 2022-ci ildə müsadirə edilib. Yaxta 2018-ci ildən sanksiyalar altında olan rusiyalı milyarder Süleyman Kərimova məxsus hesab olunur. Ötən ilin sentyabrında keçirilən hərrac zamanı ABŞ hökuməti nə satış qiymətini, nə də alıcının kimliyini açıqlamışdı.
Rusiyalı iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən yaxta hərracda satılıb - FOTO Rusiyalı iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən yaxta hərracda satılıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər